Sətdar Mehtiyev
Sətdar Mehdiyev | |
---|---|
Sətdar Raqif oğlu Mehtiyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Hacıqabul Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Suqovuşan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Hacıqabul Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2020 |
Sətdar Raqif oğlu Mehtiyev (18 avqust 1993; Hacıqabul, Azərbaycan — 3 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Mündəricat
Həyatı[redaktə | mənbəni redaktə et]
Səttar Mehtiyev 1993-cü il avqustun 18-də Hacıqabul şəhərində dünyaya gəlmiş, şəhər 4 saylı şəhid Natiq Ağayev adına orta məktəbi bitirib.[2]
Hərbi xidmətləri[redaktə | mənbəni redaktə et]
Sətdar Mehdiyev 2011–2013-cü illərdə Goranboy rayonu ərazisində həqiqi hərbi xidmətdə olduqdan sonra Tərtər rayonunda kəşfiyyat taborunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Sətdar Mehdiyev 2020-ci il sentyabrın 29-da Murovdağ zirvəsinin alınması ilə nəticələnən döyüşdə rəşadət göstərmişdir. 2020-ci ilin oktyabrın 3-də Madagiz-Suqovuşan kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Hacıqabul Şəhidlər Xiyabanında dəfn edilmişdir.[3][4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttar Mehtiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttar Mehtiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
Təltifləri[redaktə | mənbəni redaktə et]
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[7]
- (29.12.2020) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)[8]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
- ↑ "Şəhid Sətdar Mehdiyev". 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
- ↑ "Şəhid Səttar Mehdiyevin xatirəsi anılıb". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
- ↑ "Şəhid Sətdar Mehdiyevin şəhadətinin ildönümü qeyd edilib". 2022-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 29.12.2020. 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
- 18 avqustda doğulanlar
- 1993-cü ildə doğulanlar
- 27 yaşında vəfat edənlər
- 3 oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar
- Aprel döyüşləri iştirakçıları
- Suqovuşanda (Ağdərə) vəfat edənlər
- Hacıqabulda doğulanlar
- Hacıqabulda dəfn olunanlar