Sənan Abdullayev
Sənan Abdullayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Dəfn yeri | II Fəxri Xiyaban |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2017—2019 / 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 |
Sənan Abdullayev (tam adı: Sənan Şahin oğlu Abdullayev; 1 noyabr 1998; Bakı, Azərbaycan — 5 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Mündəricat
Həyatı[redaktə | mənbəni redaktə et]
Sənan Abdullayev 1998-ci il noyabrın 1-də Bakı şəhərində anadan olub.[1] 2005-2016-cı illərdə M. Məmmədov adına 37 nömrəli tam orta məktəbində təhsil alıb. İdmanın güləş növü ilə məşğul olub, Azərbaycan daxili yarışlarda bir sıra uğurlara imza atıb. Hərbi xidmətini başa vurduqdan sonra əvvəlcə Azersun Holdinqin "Bazarstore" mağazasında, daha sonra isə bir sıra Kitab Evlərində çalışıb. Subay idi.
Hərbi xidməti[redaktə | mənbəni redaktə et]
Sənan Abdullayev 2017-2018-ci illərdə əvvəlcə Xüsusi Dövlət Mühafizə Xidmətinin "N" saylı hərbi hissəsinin "Kəşfiyyat" briqadasıda, daha sonra isə Xüsusi Təyinatlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətdə olub.
Sənan Abdullayev 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində sonra SHXÇDX-yə müraciət edib və sentyabrın 30-da döyüşlərə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olan Sənan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sənan Abdullayev oktyabrın 5-də snayper gülləsi nəticəsində Füzulinin azad edilməsi zamanı şəhid olub. Sənan Abdullayevin nəşi doğum günündə, noyabrın 1-də tapılıb. Noyabrın 20-də II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Təltifləri[redaktə | mənbəni redaktə et]
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[3]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- 1 noyabrda doğulanlar
- 1998-ci ildə doğulanlar
- 21 yaşında vəfat edənlər
- 5 oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar
- Bakıda doğulanlar
- Füzuli rayonunda vəfat edənlər
- II Fəxri Xiyabanda dəfn olunanlar