Rəşid Həmidov
Rəşid Həmidov | |
---|---|
Rəşid Pərviz oğlu Həmidov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Siyəzən, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Dəfn yeri | Siyəzən, Azərbaycan |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019-2020 |
Rütbəsi | Kiçik çavuş |
Vəzifəsi | Manqa komandiri |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Suqovuşanın azad edilməsi • Murovdağ döyüşləri , • Laçın döyüşləri, • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 |
Rəşid Pərviz oğlu Həmidov (19 sentyabr 1999; Siyəzən, Azərbaycan — 7 oktyabr 2020; Suqovuşan (Tərtər), Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Mündəricat
Həyatı[redaktə | mənbəni redaktə et]
Həmidov Rəşid Pərviz oğlu 19.09.1999-cu ildə Siyəzən şəhərində anadan olub. 2007-ci ildə Siyəzən şəhər 2 saylı tam orta məktəbin 1-ci sinfinə gedib. 2 il həmin məktəbdə oxuduqdan sonra yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədar təhsilini Bakı sanatoriya tipli 10 saylı internat məktəbində davam etdirib. 9-cu sinifdən sonra o, Dəmir Yolu Texnikomuna daxil olub və tam kursu bitirib. Texnikomu bitirdikdən sonra 2019-cu ildə Hərbi xidmətə yollanıb. 7 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. Siyəzən şəhər ümumi qəbiristanlığında dəfn olunub.
Hərbi xidməti[redaktə | mənbəni redaktə et]
Azərbaycan Ordusunun kiçik çavuşu olan Rəşid Həmidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Murovdağın, Suqovuşan (Tərtər)in və Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşid Həmidov oktyabrın 7-də Suqovuşan (Tərtər) rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı şəhid olub. Siyəzən şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşid Həmidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[1]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşid Həmidov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Suqovuşan (Tərtər) rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşid Həmidov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Təltifləri[redaktə | mənbəni redaktə et]
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[4]
- (29.12.2020) — "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra)[5]
- (29.12.2020) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)[3]
- (18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)[6]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- ↑ 1 2 Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020. Sitat səhvi: Xətalı
<ref>
etiketi; ":SMEQ" adı bir neçə dəfə müxtəlif məzmunla verilib - ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Laçının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 18.12.2020. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
- 19 sentyabrda doğulanlar
- 1999-cu ildə doğulanlar
- 21 yaşında vəfat edənlər
- 7 oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşları
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Laçının azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Cəsur döyüşçü" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar