Ramil Quluyev
Ramil Quluyev | |
---|---|
Ramil Elşən oğlu Quliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qubadlı, Azərbaycan |
Vəfat tarixi | (29 yaşında) |
Vəfat yeri | Hadrut, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Sumqayıt Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri | , |
Ramil Elşən oğlu Quluyev (18 fevral 1991, Bakı, Azərbaycan — 10 oktyabr 2020, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Həyatı[redaktə | mənbəni redaktə et]
Ramil Quliyev 1991-ci il yanvarın 4-də Qubadlı rayonunda anadan olub. 1997-ci ildə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2008-ci ildə şəhərin 35 nömrəli məktəbin məzunu olub. Bir bacısı var idi. O, Kiyevdə Personalın İdarəetməsinin Regionlararası Akademiyasının Menecment fakültəsinə 2011-ci ildə daxil olub və 2015-ci ildə oranı bitirib.[2][3] Ramil Quluyev xeyirxah ağsaqqal Qulu həkimin nəvəsi idi. Anası Güldanə xanım Ramilin şəhid xəbərini eşidəndən sonra cəmi 20 gün yaşaya bildi. 2020-ci ildə Ramilin ölümündən 20 gün sonra gözlərini əbədi yumdu. Beləliklə Ramil Quluyevin ailəsi 20 günün içində Ramili və ananı itirdi. Ramil Quluyev subay idi.
Hərbi xidmətləri[redaktə | mənbəni redaktə et]
Ramil Quluyev 2015-ci ildə hərbi xidmətə başlamışdır. 2020-ci il Tovuz hadisələri zamanı General Polad Həşimov şəhid olandan sonra cəbhədə döyüşmək üçün könüllü yazılıb. Azərbaycan ordusunun əsgəri olan Ramil Quluyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Ramil Quluyev oktyabrın 10-u Hadrut istiqamətində gedən döyüşlər zamanı snayperlə vurularaq şəhid olmuşdur. 12 gün neytral zonada qaldıqdan sonra 2020-ci il oktyabr ayının 22-də Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılıraq və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Ramil Quluyev ölümündən sonra “Vətən uğrunda”medalı ilə tərtif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli sərəncamına əsasən Ramil Quluyev ölümündən sonra “ Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamına əsasən Ramil Quluyev ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi. Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.[4][5][6][7]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Quluyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[8]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Quluyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[9]
Təltifləri[redaktə | mənbəni redaktə et]
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[10]
- (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)[9]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
- ↑ "Şəhid Ramil Quliyev". 2022-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-20.
- ↑ Sumqayıt şəhidləri
- ↑ "Şəhid Quliyev Ramil Elşən oğluna həsr edilmiş kitab təqdimatı keçirildi". 2022-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-20.
- ↑ Sumqayıtda İkinci Qarabağ müharibəsi şəhidi Ramil Quluyevin ailəsi ziyarət edilib
- ↑ Şəhid Ramil Quliyevin adını daşıyan abidə bulaq kompleksi açıldı
- ↑ "Sumqayıtda şəhid Ramil Quliyevin adını daşıyan küçənin açılışı olub". 2022-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-20.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- 18 fevralda doğulanlar
- 1991-ci ildə doğulanlar
- 29 yaşında vəfat edənlər
- 10 oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "İgidliyə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar
- Aprel döyüşləri iştirakçıları
- Hadrutda vəfat edənlər
- Qubadlıda doğulanlar
- Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunanlar