Elçin Zamin oğlu Hüseynov (6 sentyabr 1992, Bakı – 2 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.
Elçin Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 sentyabr 1992(1992-09-06) |
Doğum yeri | |
Vəfat tarixi | 2 oktyabr 2020(2020-10-02) (28 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2014–2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
Aprel döyüşləri İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 |
Elçin Hüseynov 1992-ci il sentyabrın 9-da Bakı şəhərində anadan olub.[1] Orta təhsilinə 1999-cu ildə Sumqayıt şəhəri 9 saylı tam orta məktəbində başlayıb. 2012-ci ildə Sumqayıt Dövlət Texniki Kollecinin gömrük işi fakültəsini bitirib. Evin ilk oğlu idi. Subay idi.
2012-ci ildə hərbi xidmətə yollanan Elçin 2014-cü ildə xidmətini başa vurub. Elə həmin ilin avqustunda Azərbaycan Silahlı Qüvvələrinin Bakı korpusunun, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq snayper kəşfiyyat vəzifəsində xidmətə başlayıb. Elçin 2016-cı ilin Aprel döyüşləri zamanı könüllü olaraq ön cəbhəyə yollanması barədə komnadanlığa müraciət edib. Komandanlıq onun müraciətini nəzərə alaraq onu "N" saylı hərbi hissəyə köçürür. Elçin Hüseynov 2020-ci il sentyabrın Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Madagizin azad edilməsində döyüşərək, yaralanır. Yaralansada döyüşə davam etmiş,"Mübariz" postundan digər posta adlayarkən qəhrəmancasına həlak olmuşdur.
II Qarabağ müharibəsində Vətən uğrunda döyüşlərdə böyük şücaəti ilə fərqlənərək şəhid olan Elçin Hüseynov ölümündən sonra 2022-ci il, 8 noyabr tarixində "Zəfər günü" münasibətilə ölkəmizin Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə "Rəşadət ordeni" ilə təltif edilmişdir.
Elçin Hüseynov 17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.