Rəşid Rəşad oğlu Məmmədov (20 noyabr 1997, Bərdə, Azərbaycan — 30 oktyabr 2020, Sütəmurdov, Lənkəran, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Rəşid Məmmədov | |
---|---|
Rəşid Rəşad oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sütəmurdov, Lənkəran, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Şuşa, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri | 2020, 2020 |
Rəşid Rəşad oğlu Məmmədov 20 noyabr 1997-ci ildə Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olmuşdur. 2005-ci ildə Sütəmurdov kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş və 2018-ci ildə həmin məktəbin 11-ci sinifini başa vurmuşdur. Orta təhsilini başa vurduqdan sonra Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Bakı şəhərinə Azərbaycan Sülhməramlı Qüvvələrə göndərilir. Xidməti dövründə rabitəçi kimi xidmətini yerinə yetirmişdir. 2020-cil ilin may ayından müddətdən artıq hərbi xidmət etmək üçün xüsusi kursda təlim keçərək MAXE kimi yenidən hərbi xidmətə başlayır.[2][3][4]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rəşid Məmmədov Füzuli, Şuşa, döyüşlərində savaşıb. Rəşid Məmmədov 2020-ci il 30 oktyabr tarixində Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Lənkəranda dəfn edilib.[5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşid Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşid Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[7]