Zabil Azadlı

Vikipediya, azad ensiklopediya
Grenzsoldat (müzakirə | töhfələr) (məlumatların tavtologiyası. əsaslandırma: şəhidin təltif olunduğu orden və ya medallar və ya digər təltiflər şablonda (bəzi hallarda isə hətta mətndə) göstərilib. əlavə altbaşlığa ehtiyac yoxdur.) tərəfindən edilmiş 17:58, 16 noyabr 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Zabil Azadlı
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Lerik rayonu, Azərbaycan
Vəfat tarixi (21 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Dəfn yeri Lerik rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər Vətən müharibəsi
 • Füzuli döyüşləri
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Zabil Tələt oğlu Azadlı (1 yanvar 1999; Lerik rayonu, Azərbaycan30 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.

Həyatı

Zabil Azadlı 1999-cu il yanvarın 1-də Lerik rayonunun Biləvər kəndində anadan olub.[1] Subay idi.

Hərbi xidməti

Azərbaycan Ordusunun əsgəri olan Zabil Azadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zabil Azadlı oktyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Lerik rayonunda dəfn olunub.

İstinadlar

  1. Müdafiə Nazirliyi. "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.