Aqil Mirzəliyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aqil Mirzəliyev
Aqil Mehman oğlu Mirzəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 27 avqust 1999(1999-08-27)
Doğum yeri
Vəfat tarixi 23 oktyabr 2020(2020-10-23) (21 yaşında)
Vəfat yeri Tuğ, Xocavənd rayonu
Vəfat səbəbi həlak olmuşdur
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2020-2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Murovdağ döyüşləri
Təltifləri 3-cü dərəcəli "Rəşadət" ordeni "Vətən uğrunda" medalı — 2020 "Kəlbəcərin azad olunmasına görə" medalı "Cəsur döyüşçü" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Aqil Mehman oğlu Mirzəliyev (27 avqust 1999, İsmayıllı rayonu23 oktyabr 2020, Tuğ, Xocavənd rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Həyatı

Aqil Mirzəliyev 1999-cu il avqust ayının 27-də İsmayıllı rayonunda anadan olmuşdur. 2005-2016-cı illərdə İsmayıllı rayonunda İsrail Həsənov adına 1 saylı tam orta məktəbdə təhsil almışdır. Məktəb illərində intellektual səviyyəsi ilə daim seçilən Aqil dəfələrlə respublika fənn olimpiadalarında, bilik və intellektual yarışlarda çempion olmuşdur. 2016-cı ildə orta məktəbi əla qiymətlərlə başa vurmuş və qəbul imtahanında 613 bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit ixtisasına qəbul olunmuşdur. 2020-ci ildə universitetdən məzun olmuş, daha sonra isə hərbi xidmətə yollanmışdır.

İkinci Qarabağ müaribəsində iştirakı

Aqil Mirzəliyev hərbi xidmətinə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində başlamış və 2020-ci il sentyabr ayının 27-dən başlayan 2-ci İkinci Qarabağ müharibəsində fəal iştirak etmişdir. O, Murovdağ, Cəbrayıl, FüzuliHadrut istiqamətlərində gedən döyüşlərdə şücaət göstərmişdir.

Aqil Mirzəliyev 20 oktaybr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və oktyabr ayının 23-ü Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Xatirəsi

2022-ci ildə İsmayıllıda Aqil Mirzəliyevin ad günündə şəhidin adına küçə verilib[2].

Təltifləri

İstinadlar

  1. 21 yaşında tarix yazıb - Aqil Mirzəliyev Xocavənd uğrunda döyüşlərdə şəhid olub
  2. Baku TV. "İsmayıllıda daha bir küçəyə şəhidin adı verilib" (az.). Youtube.com. 29.08.2022. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  3. "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 16 avqust 2019. 2021-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2021.
  4. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  6. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı". president.az. 25 dekabr 2020. 25 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2020.
  7. Sitat səhvi: Yanlış <ref> teqi; Cesur adlı istinad üçün mətn göstərilməyib