Ceyhun Xəlilov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ceyhun Xəlilov
Şəxsi məlumatlar
Doğum tarixi 22 sentyabr 2001(2001-09-22)
Doğum yeri
Vəfat tarixi 28 sentyabr 2020(2020-09-28) (19 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2019–2020
Rütbəsi Kiçik çavuş
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Suqovuşan
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "İgidliyə görə" medalı — 2020 "Suqovuşanın azad olunmasına görə" medalı — 2020 "Laçının azad olunmasına görə" medalı — 2020

Ceyhun Azər oğlu Xəlilov (22 sentyabr 2001, Padarqışlaq, Ağsu rayonu28 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

Ceyhun Xəlilov 22 sentyabr 2001-ci il tarixdə Azərbaycanın Ağsu rayonunun Padarqışlaq kəndində anadan olmuşdur.[1]

Hərbi xidməti

Ceyhun Xəlilov orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Xəlilov növbəti gün Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuşdur.[1][2]

İrsi

18 may 2021-ci il tarixində Xəlilovun anadan olduğu Padarqışlaq kəndində onun adına tikilən bulağın açılışı olmuşdur. Açılış mərasimində rayonun rəhbər şəxsləri və kənd sakinləri iştirak etmişdir. Bulağın açılış mərasimdə Ağsu Rayon İcra Hakimiyyəti başçısının I müavini Füzuli Kərimli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin rəisi Aqşin Xancanov və başqaları çıxış etmişdir.[3]

Təltifləri

İstinadlar

  1. 1 2 "Xəlilov Ceyhun: Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub". Memorial.az (az.). 2021-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2021.
  2. "Azərbaycan İkinci Qarabağ Müharibəsində şəhid olmuş 2900 hərbi qulluqçusunun adını açıqlayıb". BBC Azərbaycanca (az.). 8 dekabr 2020. 2020-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2021.
  3. "Şəhid Xəlilov Ceyhun Azər oğlunun adına tikilən bulağın açılışı olub". www.agsu-ih.gov.az (az.). 18 may 2021. 26 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2021.
  4. Əliyev, İlham. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" (az.). 15 dekabr 2020. 17 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2021.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". 18.12.2020. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2021.
  6. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2021.
  7. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Laçının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2021.