Şirzad Mirzə oğlu Mirzəyev (1 avqust 1996; Göygöl, Azərbaycan— 2 oktyabr 2020; Kəlbəcər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Şirzad Mirzəyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Göygöl, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Kəlbəcər, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan Respublikası |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | Əsgər |
Təltifləri | 2020 |
Şirzad Mirzəyev 1 avqust 1996-ci ildə Göygöl rayonunun Qarabulaq kəndində anadan olmuşdur.[1] 2003-cü ildə Qarabulaq kənd tam orta məktəbinin 1-ci sinfinə getmişdir. 2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Ailəlidir, 1 övladı var.
2014-cü ilin oktyabr ayından 2016-cı ilin aprel ayınadək "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2020-ci ildə "N" saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır. 27 sentyabr 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Şirzad Mirzəyev 2 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.