Elçin İlqar oğlu İsmayılov (17 mart 1995, Göytəpə, Cəlilabad, Azərbaycan — 02 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Elçin İsmayılov | |
---|---|
Elçin İlqar oğlu İsmayılov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Göytəpə, Cəlilabad, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Cəlilabad |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020, 2020, 2021 |
Elçin İsmayılov 17 mart 1995-ci ildə Cəlilabad rayonu Göytəpə qəsəbəsində anadan olub.[2] Evli və 2 uşaq atası idi.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elçin İsmayılov Füzulinin azad edilməsində savaşıb. 2 oktyabr 2020-ci ildə Füzuli istiqamətində Qaraxanbəyli kəndində gedən döyüşdə şəhid olub. Cəlilabadda dəfn edilib.[3]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elçin İsmayılov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[6]