Elşən Zaman oğlu Zeynalov (8 mart 1999; Düzqışlaq, Goranboy, Azərbaycan — 14 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Elşən Zeynalov | |
---|---|
Elşən Zaman oğlu Zeynalov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Düzqışlaq, Goranboy, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Suqovuşan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Goranboy |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2021, 2021 |
Elşən Zeynalov Goranboyda 1999-cu ilin 8 martında dünyaya gəlib. Düzqışlaq kəndi, Ziyad Məsimov adına tam orta məktəbdə təhsil alıb.[2][3] 2017-2018-ci illərdə hərbi xidmətdə olmuşdur.[4]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elşən Zeynalov Suqovuşan, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. Suqovuşan istiqamətində gedən döyüşlər zamanı 14 oktyabr 2020-ci il tarixdə şəhid olub. Elşən Zeynalov 17 noyabr 2020-ci ildə Düzqışlaq kənd qəbiristanlığında torpağa tapşırılıb.[5][6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Zeynalov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Zeynalov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[9]