Emil Tərlan oğlu Hümbətov (30 oktyabr 1992; Şirvan, Azərbaycan — 11 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Emil Hümbətov | |
---|---|
Emil Tərlan oğlu Hümbətov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şirvan, Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Şirvan Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020, 2021, 2021 |
Emil Hümbətov 30 oktyabr 1992-ci ildə Şirvan şəhərində anadan olub. 1999-cu ildə Nofəl Quliyev adına Şirvan şəhər 9 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2008-ci ildə orta təhsilini peşə təhsili ilə davam etdirib. 2010-cu ildə Şirvan Peşə liseyini bitirən Emil Hümbətov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb, Daşkəsən rayonu N saylı hərbi hissədə xidmət edib. 2012-ci ildə General-mayor Polad Həşimov'un rəhbərliyi ilə hərbi xidmətini ləyaqətlə başa vurmuşdur.[2][3]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Emil Hümbətov Füzulinin azad edilməsində savaşıb. 11 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanacasına şəhid olub. Emil Hümbətov 12 oktyabr 2020-ci il tarixdə Şirvan Şəhidlər Xiyabanında izdihamla dəfn edilib.[4][5][6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Hümbətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Hümbətov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Emil Hümbətov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[9]