Mirsüleyman Aydın oğlu Süleymanov (30 mart 1998; Bakı, Azərbaycan — 16 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Mirsüleyman Süleymanov | |
---|---|
Mirsüleyman Aydın oğlu Süleymanov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Ağdərə, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Bakıxanov |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2021, 2021 |
Mirsüleyman Süleymanov 1998-ci il martın 30-da Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin 271 saylı tam orta məktəbinə daxil olub.[2][3] 2015-ci ildə məktəbi başa vurub və Azərbaycan Universitetinin İnformatika Kommunikasiya Texnoloqiyasının riyaziyyat fakültəsinə daxil olub və 2019-cu ildə oranı bitirib və həmin ili Sabunçu rayonu Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə göndərilib.[4][5][6][7]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Mirsüleyman Süleymanov Suqovuşan, Ağdərə, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. O, 17 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 20 noyabr 2020-ci ildə Bakı şəhəri Bakıxanov qəsəbəsində dəfn edilmişdir.[8]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirsüleyman Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[9]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mirsüleyman Süleymanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[10]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mirsüleyman Süleymanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[11]