Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. Lütfən məqaləyə etibarlı mənbələr əlavə edərək bu məqaləni təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Rövşən İsrafil oğlu Əliyev (3 fevral 1999, Şəmkir, Azərbaycan – 26 oktyabr 2020, Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Rövşən Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şəmkir, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Şuşa, Azərbaycan |
Dəfn yeri | Düyərli |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2017—2018 / 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Əliyev Rövşən İsrafil oğlu 3 fevral 1999-cu ildə Şəmkir rayonunun Düyərli kəndində dünyaya göz açmışdır. 2005-ci ildə Düyərli kəndi 1 saylı tam orta məktəbində təhsil almağa başlamış, təhsil aldığı müddətdə sərbəst güləşlə məşğul olmağa başlamış və uğur qazanmışdır. 2016-ci ildə məktəbi bitirmiş və 2017-ci ildə hərbi xidmətə yollanmışdir. Naxçıvan şəhərinin Ordubad rayonunda hərbi qulluq etmişdir. 2018-ci ildə hərbi xidmətini başa vurub doğulduğu Düyərli kəndinə qayıtmışdır. 2020-ci ildə kəndin ilk könüllüsü olaraq cəhbəyə yollanmışdır. Onun Füzuli, Hadrut, Qubadlı, Zəngilan və Ağdam rayonlarının alınmasında rolu olub. Lakin Şuşaya yollanarkən 4 saatlıq mühasirəyə düşmüş və iki dostunu döyüşdən xilas etmişdir. Rövşən Əliyev oktyabrın 25-dən 26-na keçən gecə isə şəhid olmuşdur. O, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.