Röyal Misil oğlu Məmmədov (12 noyabr 1990; Kürdəmic, Şamaxı, Azərbaycan — 24 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Röyal Məmmədov | |
---|---|
Röyal Misil oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kürdəmic, Şamaxı, Azərbaycan |
Vəfat tarixi | (29 yaşında) |
Vəfat yeri | Qubadlı, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Şirvan Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Şuşanın azad edilməsi |
Təltifləri | 2020, 2020, 2020 |
Röyal Məmmədov 12 noyabr 1990-cı ildə Şamaxı rayonunun Kürdəmic kəndində anadan olub. 1997-ci ildə Şirvan şəhər 13 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2006-cı ildə həmin məktəbin 9-cu sinfini bitirib. Təhsilini Şirvan Peşə Liseyində davam etdirib, 2009-cu ildə Peşə Liseyini Radioteleviziya aparatlarının (videotexnikanın) təmiri və xidməti üzrə mexanik ixtisası ilə bitirib.[2] 2009-cu ilin martın 30-da anası uzun sürən xəstəlikdən vəfat edib. 2009-2010-cu illərdə hərbi xidmətdə olub.[3]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Röyal Məmmədov Füzuli, Cəbrayıl və Qubadlı şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 24 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. Şirvan Şəhidlər Xiyabanında dəfn edilmişdir.[4][5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Məmmədov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[8]