Ramil Vüqarəddin oğlu Əliyev (9 dekabr 1996, Hacıqabul rayonu – 5 oktyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Ramil Əliyev | |
---|---|
Ramil Vüqarəddin oğlu Əliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Hacıqabul rayonu, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Şirvan Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Vüqarəddin Əliyev |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Qubadlının azad edilməsi |
Təltifləri | 2020 2021 2020 2020 |
Ramil Əliyev 9 dekabr 1996-cı ildə Hacıqabul rayonunda anadan olmuşdur. Ramil 2002-ci ildə Nofəl Quliyev adlı məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2013-cü ildə həmin məktəbi bitirmişdir. 2013-cü ildə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olmuşdur.[2]
Azərbaycan Ordusunun əsgəri olan Ağaşirin Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Əliyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.