Səbuhi Şakir oğlu Məmmədov (21 oktyabr 1982; Mingəçevir, Azərbaycan — 30 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Səbuhi Məmmədov | |
---|---|
Səbuhi Şakir oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Mingəçevir, Azərbaycan |
Vəfat tarixi | (37 yaşında) |
Vəfat yeri | Suqovuşan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Mingəçevir |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2020 |
Səbuhi Məmmədov 21 oktyabr 1982-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. [2] Məktəbi bitirdikdən sonra 2000–2002-ci illərdə hərbi xidmətdə olmuşdur. 2011-ci ildə Silahlı Qüvvələrdə MAXE kimi isə başlamışdır. 3 övladı-iki oğlu və bir qızı var idi.[3]
Səbuhi Məmmədov 2016-cı il Aprel döyüşlərində iştirak etmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Səbuhi Məmmədov Suqovuşan döyüslərində savaşıb. 30 sentyabr 2020-ci il tarixində Suqovuşan istiqamətində qəhrəmancasına şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilmişdir.[4][5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[7]