Tərlan Daşqın oğlu Kərimov (8 avqust 1992, Şabran, Azərbaycan — 4 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Tərlan Kərimov | |
---|---|
Tərlan Daşqın oğlu Kərimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şabran, Azərbaycan |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Şabran |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Baş leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | , , , |
Tərlan Kərimov 8 avqust 1992-ci il tarixdə Şabran rayonunda anadan olub.[2][3]
2007-ci ildə C. Naxçıvanski adına hərbi litseyə daxil olmuşdur. Litseyi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyada ümumqoşun kəşfiyyatı ixtisası üzrə təhsil alır. 2014-cü ildə təhsilini başa vurur. 2014-cü ildən 2015-ci ilədək Silahlı Qüvvələrin Təlim-Tədriz Mərkəzində öz ixtisası üzrə təhsil alır. 2015-ci ildən Milli Ordumuzda leytenant rütbəsində gənc zabit kimi kəşviyyat taqım komandiri vəzifəsində xidmətə başlayır. İlk olaraq Beyləqanda "N" saylı hərbi hissədə xidmət edir. 2019-cu ildə tabor komandirinin müavini, çox keçmədən taborun qərargah rəisi vəzifəsinə yüksəlir.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərlan Kərimov Füzulinin azad edilməsində savaşıb. Tərlan Kərimov oktyabrın 1-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Şəhidimiz Şabranda dəfn edilib.[4][5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Kərimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tərlan Kərimov ölümündən sonra "İgidliyə görə" ilə təltif edildi.[8]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Tərlan Kərimov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.[9]