Zaur Eldar oğlu Əliyev (24 iyul 1989; Şəki, Azərbaycan — 15 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin Maxe əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Zaur Əliyev | |
---|---|
Zaur Eldar oğlu Əliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şəki, Azərbaycan |
Vəfat tarixi | (31 yaşında) |
Vəfat yeri | Suqovuşan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Şəki |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2020, 2021 |
Zaur Əliyev 1989-cu il iyul ayının 24-də Şəkidə anadan olub. 1995-ci ildə Şəki şəhər 9 saylı tam orta məktəbin 1-ci sinfinə gedib, 2004-cü ildə həmin məktəbin 9-cu sinfini bitirib. 2005-ci ildə Şəki Avtomobil məktəbini sürücü ixtisası üzrə bitirib.[2] Ailədə bir bacı və bir qardaş olan Zaur Əliyevin özü də ailəli idi. Özümdən sonra bir oğul övladı yadigar qalıb.
2007 – 2009-cu illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci ildə yenidən xidmətə başlamışdır.[3] 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Zaur Əliyev Talış Madagizin azad edilməsində savaşıb. 15 oktyabr 2020-ci il tarixində düşmən gülləsindən şəhid olub. Həmin gün Şəkidə Çöl qəbiristanlığında dəfn edilib. Sonradan məzarı Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsinə köçürülüb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zaur Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zaur Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[6]