Nihad Əhmədov: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Teqlər: Mobil redaktə Mobil veb redaktə Təkmilləşdirilmiş mobil redaktə
Redaktənin izahı yoxdur
Teqlər: Mobil redaktə Mobil veb redaktə Təkmilləşdirilmiş mobil redaktə
 
Sətir 16: Sətir 16:
[[Zəngilan]]ın, [[Kəlbəcər]]in və "Pişikqaya" deyilən strateji əhəmiyyət daşıyan yerin alınmasında igidlik göstərmişdir.
[[Zəngilan]]ın, [[Kəlbəcər]]in və "Pişikqaya" deyilən strateji əhəmiyyət daşıyan yerin alınmasında igidlik göstərmişdir.


İgid həmyerlimiz oktyabrın 10-da [[Suqovuşan (Ağdərə)|Suqovuşan]]ın alınması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onun nəşi 11 oktyabr 2020-ci ildə doğulub boya başa çatdığı [[Alaşa]] kəndində torpağa tapşırılıb.<ref>{{cite web |url=https://cenublu.az/aktual/astara-bu-gun-nihad-ahmadovun-sahidlik-zirvasina-ucaldigi-gundur/ |title=Astara: bu gün Nihad Əhmədovun şəhidlik zirvəsinə ucaldığı gündür |author=Cenublu.az |date=10.10.2022 |website= |publisher=[https://cenublu.az/ Cenublu.az] |language=az |access-date=23 iyun 2023|archive-url=https://web.archive.org/web/20221127121716/https://cenublu.az/aktual/astara-bu-gun-nihad-ahmadovun-sahidlik-zirvasina-ucaldigi-gundur/|archive-date=2022-11-27 }}</ref>
İgid həmyerlimiz oktyabrın 10-da [[Suqovuşan (Ağdərə)|Suqovuşan]]ın alınması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.<ref>{{cite web |url=https://cenublu.az/aktual/astara-bu-gun-nihad-ahmadovun-sahidlik-zirvasina-ucaldigi-gundur/ |title=Astara: bu gün Nihad Əhmədovun şəhidlik zirvəsinə ucaldığı gündür |author=Cenublu.az |date=10.10.2022 |website= |publisher=[https://cenublu.az/ Cenublu.az] |language=az |access-date=23 iyun 2023|archive-url=https://web.archive.org/web/20221127121716/https://cenublu.az/aktual/astara-bu-gun-nihad-ahmadovun-sahidlik-zirvasina-ucaldigi-gundur/|archive-date=2022-11-27 }}</ref> Onun nəşi 11 oktyabr 2020-ci ildə doğulub boya başa çatdığı [[Alaşa]] kəndində torpağa tapşırılıb.


[[Azərbaycan Respublikası]]nın Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "MAHHXHQ əsgər" Əhmədov Nihad Fuad oğlu ölümündən sonra [["Vətən uğrunda" medalı]], [["Suqovuşanın azad olunmasına görə" medalı]] ilə təltif edilib.
[[Azərbaycan Respublikası]]nın Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "MAHHXHQ əsgər" Əhmədov Nihad Fuad oğlu ölümündən sonra [["Vətən uğrunda" medalı]], [["Suqovuşanın azad olunmasına görə" medalı]] ilə təltif edilib.

Səhifəsinin 13:47, 20 may 2024 tarixinə olan son versiyası

Nihad Əhmədov
Nihad Fuad oğlu Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi 7 sentyabr 2000(2000-09-07)
Doğum yeri
Vəfat tarixi 10 oktyabr 2020(2020-10-10) (20 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
 • Zəngilanın azad edilməsi
 • Madagizin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı "Suqovuşanın azad olunmasına görə" medalı

Nihad Əhmədov (7 sentyabr 2000, Alaşa, Astara rayonu10 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Əhmədov Nihad Fuad oğlu 7 sentyabr 2000-ci ildə Astara rayonunun Alaşa kəndində anadan olub. 2015-ci ildə Alaşa kənd ümumi orta məktəbin 9-cu sinfini, 2017-ci ildə Səncərədi kənd tam orta məktəbini bitirib. Həmin il Azərbaycan Dövlət Texniki Universitetinin nəzdində olan Rabitə və Nəqliyyat Kollecinin Poçt rabitəsi şöbəsinə daxil olub. Nihad 2018-ci il oktyabrın 3-də həqiqi hərbi xidmətə çağırılıb, təmas xəttində düşmənlə üzbəüz Tərtər bölgəsində yerləşən N saylı hərbi hissəsində xidmətə başlayıb. 2020-ci ildə xidməti borcunu layiqincə yerinə yetirən Nihad Əhmədov hərbi peşəyə marağı olduğundan müddətdən artıq xidmətə başlayaraq Goranboyda, "Həmlə" taborunda xidmətə başlayıb.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun əsgəri olan Nihad Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər, Ağdərənin Talış kəndindən başlayaraq Murovdağ zirvəsi, Suqovuşanın azad olunmasında fəallıq göstərib.

Zəngilanın, Kəlbəcərin və "Pişikqaya" deyilən strateji əhəmiyyət daşıyan yerin alınmasında igidlik göstərmişdir.

İgid həmyerlimiz oktyabrın 10-da Suqovuşanın alınması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.[1] Onun nəşi 11 oktyabr 2020-ci ildə doğulub boya başa çatdığı Alaşa kəndində torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "MAHHXHQ əsgər" Əhmədov Nihad Fuad oğlu ölümündən sonra "Vətən uğrunda" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

  1. Cenublu.az. "Astara: bu gün Nihad Əhmədovun şəhidlik zirvəsinə ucaldığı gündür" (az.). Cenublu.az. 10.10.2022. 2022-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyun 2023.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.