Cəbrayıl Mikayılov
Cəbrayıl Mikayılov | |
---|---|
Cəbrayıl Valeh oğlu Mikayılov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 sentyabr 2000(2000-09-22) |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Atası | Valeh Mikayılov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
Vətən müharibəsi • Füzuli döyüşləri |
Təltifləri |
Cəbrayıl Valeh oğlu Mikayılov (22 sentyabr 2000, Siyəzən rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Həyatı
Cəbrayıl Mikayılov 22 sentyabr 2000-ci ildə Siyəzən rayonunda anadan olub. Subay idi. Atası Valeh Mikayılovdur. 189 nömrəli tam orta məktəbdə oxumuşdur. Onun məktəb zamanı ən yaxın dostları Fərid Kaşıyev, Üzeyir İsmayılov və Elçin Rəhimov olmuşdur.
Hərbi xidməti
Cəbrayıl Mikayılov 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Cəbrayıl Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəbrayıl 9 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2013-cü il tarixli Sərəncamına əsasən Cəbrayıl Mikayılov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Mikayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Mikayılov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev'in 10.02.2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov tərəfindən Cəbrayıl Mikayılov "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edildi.
İstinadlar
- 22 sentyabrda doğulanlar
- 2000-ci ildə doğulanlar
- Siyəzən rayonunda doğulanlar
- 9 oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- II Fəxri Xiyabanda dəfn olunanlar
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilənlər
- "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Füzuli rayonunda vəfat edənlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar