Nihad Əliyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nihad Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 22 noyabr 2000(2000-11-22)
Doğum yeri
Vəfat tarixi 29 sentyabr 2020(2020-09-29) (19 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
Təltifləri 3-cü dərəcəli "Rəşadət" ordeni — 2022 "Vətən uğrunda" medalı — 2020 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2020

Nihad Heydər oğlu Əliyev (22 noyabr 2000, Taxtakörpü qəsəbəsi, Ağcabədi rayonu29 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

Nihad Əliyev 22 noyabr 2000-ci ildə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində anadan olub. Əslən Laçın rayonunun Alxaslı kəndindəndir. 2007-ci ildə Alxaslı kənd orta məktəbinə getmiş, 2016-cı ildə bu məktəbin 9-cu sinfini bitirərək Zərdab rayon peşə məktəbinə daxil olub.

Hərbi xidməti

3 iyun 2019-cu ildə həqiqi hərbi xidmətə çağrılıb və Gəncə şəhərində hərbi xidmət keçib. Üç ay sonra xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə Göytəpə şəhərində davam etdirib.[1]

27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi zamanı 29 sentyabr 2020-ci ildə Kəlbəcər rayonu ərazisinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.

Təltifləri

İstinadlar

  1. "Xüsusi Təyinatlı Şəhid Nihad Əliyev Heydər Oğlu Allah Rəhmət Eləsin". 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-20.
  2. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  4. "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 25.06.2022. 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.06.2022.