Zeynal Zülfüqarlı
Zeynal Zülfüqarlı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şirvan, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2015—2016 / 2017—2020 |
Rütbəsi | Kiçik gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Qubadlının azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri |
Zeynal Alim oğlu Zülfüqarlı (31 may 1995; Şirvan, Azərbaycan — 20 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Həyatı[redaktə | mənbəni redaktə et]
Zeynal Zülfüqarlı 1995-ci il mayın 31-də Şirvan şəhərində anadan olmuşdur.[1] 2001-2006-cı illərdə Mübariz İsrayılov adına Şirvan şəhər 18 nömrəli tam orta məktəbdə təhsil almışdır. Təhsilini 2006-2007-ci illərdə 21 nömrəli tam orta məktəbdə almışdır. 2007-2010-cu illərdə Şirvan şəhər 18 nömrəli tam orta məktəbdə təhsilinə davam etmişdir. 2010-2014-cü illərdə Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kollecində təhsilini bitirmişdir.
Ailəsi[redaktə | mənbəni redaktə et]
Zeynal Zülfüqarlı 2019-cu il dekabrın 2-də ailə həyatı qurmuşdur, Zeynal adlı oğlu yadigar qaldı.
Hərbi xidməti[redaktə | mənbəni redaktə et]
Zeynal Zülfüqarlı 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Hərbi Komissarlığı tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. 1 il Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir.
Hərbi xidmətini 2017-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında "kiçik gizir" rütbəsində davam etdirmişdir.
Azərbaycan Ordusunun kiçik giziri olan Zeynal Zülfüqarlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın, Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Zeynal Zülfüqarlı 20 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Şirvan Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Təltifləri[redaktə | mənbəni redaktə et]
- (26.06.2019) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[2]
- (18.12.2020) — "İgidliyə görə" medalı (ölümündən sonra)[3]
- (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)[4]
- (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)[5]
- (29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)[6]
- (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)[7]
- (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)[8]
- (24.06.2021) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)[9]
- (05.11.2021) — 3-cü dərəcəli "Rəşadət" ordeni (ölümündən sonra)[10]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 18.12.2020. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 24.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- 31 mayda doğulanlar
- 1995-ci ildə doğulanlar
- 25 yaşında vəfat edənlər
- 20 oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin kiçik gizirləri
- 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilənlər
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "İgidliyə görə" medalı ilə təltif edilənlər
- "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar
- Şirvanda (Azərbaycan) doğulanlar
- Xocavənd rayonunda vəfat edənlər