Şəhid Eşqin Axundov

Eşqin İntiqam oğlu Axundov (3 yanvar 2000, Gəncə3 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Eşqin Axundov
Eşqin İntiqam oğlu Axundov
Şəxsi məlumatlar
Doğum tarixi 3 yanvar 2000(2000-01-03)
Doğum yeri
Vəfat tarixi 3 noyabr 2020(2020-11-03) (20 yaşında)
Vəfat yeri
Milliyyəti Azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2019–2020
Rütbə Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Hadrutun azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı "Xocavəndin azad olunmasına görə" medalı 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

Həyatı[redaktə | mənbəni redaktə et]

Eşqin Axundov 2000-ci il 3 yanvar tarixində Gəncə şəhərində anadan olub. Gəncədə yaşamışdır.

Təhsil[redaktə | mənbəni redaktə et]

2007-ci ildə Gəncə şəhər 44 saylı tam orta məktəbin 1-ci sinfinə getmişdir. Məktəbdə oxuduğu müddətdə həmişə öz təlim-tərbiyəsi ilə digər şagirdlərdən seçilmişdir. 2017-ci ildə həmin məktəbi bitirərək Peşə Liseyinə qəbul olmuşdur. 2019-cu ildə Peşə liseyini müvəffəqiyyətlə bitirmişdir. 2019-cu ilin İyul ayında Hərbi xidmətə yollanmışdır.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

2019-cu ildə Hərbi xidmətə yollanmışdır. Öz Hərbi xidmətində daim fərqlənmiş, özünün cəsurluq, vətənpərvərliyi ilə seçilmişdir. 2020-ci il Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayan gündən döyüşlərdə cəsurcasına iştrak etmişdir. Hərbi xidmətdə olduğu kimi iştirak etdiyi döyüşlərdə də öz cəsurluq, igidliyi, vətənpərvərliyi ilə seçilmişdir. 2020-ci il 3 Noyabr Xocavənd uğrunda gedən döyüşlərdə öz döyüş yoldaşları ilə birlikdə qəhrəmancasına Şəhid olmuşdur.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  4. "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 25.06.2022. 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.06.2022.