Asif Vasif oğlu Əhmədov (4 aprel 2001, Oxud, Şəki rayonu – 21 oktyabr 2020, Gecəgözlü, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Asif Əhmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Oxud kəndi |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Gecəgözlü kəndi, Füzuli |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Oxud kənd qəbirstanlığı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019 - 2020 |
Rütbə | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 2020 |
Asif Vasif oğlu Əhmədov 2001-ci il aprelin 4-də Şəki rayonunun Oxud kəndində dünyaya gəlib. 2006-cı ildə Oxud kənd orta məktəbinin 1-ci sinfinə gedib və 2017-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib.
27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsinə qatılan Asif, Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Oktyabrın 21-i Füzulinin Gecəgözlü kəndində şəhidlik zirvəsinə yüksəlib. Asif Əhmədov oktyabrın 25-də Şəki rayonunun Oxud kənd qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn olunub.