Elçin Qəşəm oğlu Həsənli (6 iyun 1998, Qırıxlı, Xanlar rayonu – 30 oktyabr 2020, Kəlbəcər rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin Quru qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsinin şəhidi.
Elçin Həsənli | |
---|---|
Elçin Qəşəm oğlu Həsənli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qırıqlı, Göygöl rayonu, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu |
Dəfn yeri | Qırıqlı |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Qəşəm Həsənli |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2016-2018 / 2020 |
Rütbəsi | Çavuş |
Döyüşlər | Murovdağ döyüşləri |
Təltifləri |
Elçin Qəşəm oğlu Həsənli 1998-ci il iyun ayının 6-da Göygöl rayonun Qırıqlı kəndində anadan olmuşdur. 2005-ci ildə Qırıxlı kənd Ramiz Əsgərov adına tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2016-ci ildə məktəbi bitirmişdir.
Elçin Həsənli məktəbi bitirdikdən sonra iyul ayında hərbi xidmətə çağırılmış və Füzulidə ön cəbhədə yerləşən ″N″ saylı hərbi hissədə başa vurmuşdur. Hərbi xidməti bitirəndən sonra bir müddət Rusiya Federasiyasına işləməyə gedir. Orda müəyyən müddət çalışdıqdan sonra Azərbaycana qayıdır. Daşkəsən şəhərində yerləşən ″N″ saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu (MAHHXHQ) kimi fəaliyyətə başlayır.
Kəlbəcər-Murovdağ silsiləsi istiqamətində gedən döyüşlərdə iştirak etmiş və ağır yaralanaraq itkin düşmüşdür. Ailəsi ilə son danışığı 26 sentyabrda olmuş 70 gün Elçindən ailəsi bir məlumat ala bilməmişdir. Nəhayət 5 dekabr 2020-ci il tarixində nəşi tapılır və 6 dekabr günorta saatlarında Göygöl rayonu Qırıqlı kənd Şəhidlər xiyabanında təmtəraqlı dəfn mərasimi ilə son mənzilə yola salınır.
Elçin Həsənli ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.22.2020-ci il Sərəncamı ilə "Vətən uğrunda" medalı, "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.