Elnur Novruz oğlu Qənbərov (8 iyun 1990; Beyləqan rayonu, Azərbaycan – 25 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — İkinci Qarabağ müharibəsi şəhidi.
Elnur Qənbərov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şərq, Beyləqan rayonu, Azərbaycan |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Qubadlı rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Qənbərov Elnur 1990-cı il 8 iyun tarixində Beyləqan rayon Şərq qəsəbəsində anadan olmuşdur.[1] Ailədə 4 uşaq olublar. 1996-cı ildə orta məktəbə daxil olub. 2007-ci ildə orta məktəbi bitirib. 2008–2010-cu illərdə həqiqi hərbi xidmətə gedib. 2016-cı ildə ailə həyatı qurub. 2 övladı var — qızının 3, oğlunun 5 yaşı var.
Şəhid Elnur Qənbərov ailəsinin xəbəri olmadan müharibəyə getmək üçün könüllü ordu sıralarına yazılmışdı. 29 sentyabrda ailəsi onu yola saldı. İlk Ağcabədiyə gedib. 2 gün orada qalandan sonra Füzuliyə, oradan da Cəbrayıla gedib. Cəbrayıl azad olunandan sonra Qubadlıya gedib. Oktyabrın 24-ü axşam 6–7 radələrində açıq döyüşdə şəhid olub. Şəhid Elnur Qənbərovun döyüş yoldaşları ona "pekaşnik" ləqəbi vermişdilər.