Fərhad İlham oğlu Əliyev (7 sentyabr 1993; Sumqayıt, Azərbaycan — 20 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin Mahhxhq kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Fərhad Əliyev | |
---|---|
Fərhad İlham oğlu Əliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Sumqayıt Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Kiçik çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | , , |
Fərhad Əliyev 7 sentyabr 1993-cü ildə anadan olub. Ailənin tək övladı olan Fərhadın hələ heç bir yaşı tamam olmamış atası rəhmətə getdiyindən onu anası tək böyüdüb. Fərhad 9-cu sinfə kimi 20 saylı məktəbdə təhsil alıb. Daha sonra Bakı İdarəetmə Kollecində təhsilini davam etdirib.[2]
Naftalan şəhərində hərbi xidmətini başa vurduqdan sonra yolunu yenə də hərbidən salıb. Fərhad 877-ci hərbi hissədə MAXE kiçik çavuş kimi xidmət edib.[3]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Fərhad Əliyev Füzuli və Hadrutun azad edilməsində savaşıb. Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində bir neçə adsız yüksəkliyin ələ keçirilməsində, eləcə də Füzuli rayonunun Kürdlər, Yuxarı Abdurrəhmanlı, Gecəgözlü kəndlərinin alınmasında xüsusi rolu olub. Qəhrəmanımız oktyabrın 20-də Füzuli rayonu Gecəgözlü kəndində düşmən üzərinə hücuma keçərkən şəhid olub. Nəşi neytral zonada qaldığından yalnız 29 gün sonra oradan çıxarmaq mümkün olub. 19 noyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanı'nda dəfn olunub.[4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərhad Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]