Musa Xalid oğlu Həmzəyev (20 iyun 2001; Rəhimli, Şabran, Azərbaycan — 3 dekabr 2020;, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Musa Həmzəyev | |
---|---|
Musa Xalid oğlu Həmzəyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Rəhimli, Şabran, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Şabran |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020, 2020 |
Musa Həmzəyev 20 iyun 2001-ci ildə Şabran rayonun,Rəhimli kəndində anadan olub.[2] Həmzəyevlər ailəsi 1988-ci ildə Özbəkistandan deportasiya edilən Axısqa türklərindəndir.[3]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Musa Həmzəyev Füzulinin azad edilməsində savaşıb. 23 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində itkin düşüb. Nəşi neytral zonada qaldığından 2 dekabr 2020-ci il tarixində ailəsinə təhvil verilmişdir. Musa Həmzəyev 2 dekabr tarixində Rəhimli kənd qəbiristanlığında torpağa tapşırılmışdır.[4][5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Həmzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Həmzəyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]