Rüstəm Üzeyir oğlu İsmayılov (29 avqust 1995; Daşkəsən, Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Rüstəm İsmayılov | |
---|---|
Rüstəm Üzeyir oğlu İsmayılov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Daşkəsən, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Kəlbəcər, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Daşkəsən Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Kəlbəcər döyüşləri |
Təltifləri | 2020, 2021 |
Rüstəm İsmayılov 29 avqust 1995-ci il tarixində Daşkəsən rayonunda anadan olub. Orta təhsilini İ. Nəsimi adına 1 saylı tam orta məktəbdə alıb..[2] O, hərbi xidməti 2013-cü ildə ön xətdə yerləşən hərbi hissələrdən birində keçib. Ali təhsilini Rusiyada Psixologiya sahəsində alsa da, Vətənə qayıdaraq hərbidə MAXE vəzifəsində çalışmağı seçib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rüstəm İsmayılov Kəlbəcər döyüşlərində savaşıb. 2 oktyabr 2020-ci ildə Kəlbəcər istiqamətində şəhidlik zirvəsinə ucalıb. 17 dekabr 2020-ci ildə Daşkəsən Şəhidlər Xiyabanında dəfn olunub.[3][4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüstəm İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rüstəm İsmayılov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]