Rəşad Nadim oğlu Nadirov (20 sentyabr 1999, Bərdə rayonu – 29 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsinin şəhidi.[1]
Rəşad Nadirov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Rəşad Nadim oğlu Nadirov |
Doğum tarixi | 20 sentyabr 1999(1999-09-20) |
Doğum yeri | |
Vəfat tarixi | 29 oktyabr 2020(2020-10-29) (21 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Atası | Nadim Nadir oğlu Nadirov |
Anası | Pərvanə Cəlal qızı Nadirova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019–2020 |
Rütbəsi | Kiçik çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 |
Rəşad Nadirov 20 sentyabr 1999-cu ildə Bərdə rayonunda anadan olub. Bərdə rayonu Nəriman Nərimanov adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. Daha sonra təhsilini Bakı şəhəri Nizami rayonu 61 nömrəli orta məktəbdə davam etdirib. 2016-cı ildə Azərbaycan Universitetinin Sosial İş ixtisası fakültəsinə qəbul olub. 2 il yarım oxuduqdan sonra, təhsilini yarımçıq qoyaraq, hərbi xidmətə yollanıb. Ailədə 2 qardaş olublar. Subay idi.
2018-ci ilin aprel ayında qardaşı Elşad ilə birlikdə Bərdə rayonu hərbi komissarlığından hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci il tarixindən etibarən İkinci Qarabağ müharibəsində qardaşı ilə birlikdə iştirak etmişdir. Füzuli rayonu uğrunda gedən döyüşlərdə böyük şücayət göstəriblər. 29 oktyabr 2020-ci il tarixində, Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində gedən döyüş zamanı, yanında partlayan mərmi nəticəsində həlak olmuşdur. Qardaşı isə yaralanıb. Bərdə Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Nadirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Nadirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]