Ramin Bağırov (tam adı: Ramin Nəriman oğlu Bağırov 19.4.1999, Badamlı, Şahbuz, Azərbaycan — 27.10.2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçısı, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Ramin Bağırov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Badamlı, Şahbuz, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Dəfn yeri | Badamlı, Şahbuz, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili |
Heydər Əliyev adına Hərbi Lisey Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019-2020 |
Rütbəsi | Leytenant |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 2020 2020 |
Bağırov Ramin Nəriman oğlu 19 aprel 1999-cu ildə Şahbuz rayonu Badamlı qəsəbəsində anadan olub. 2006-cı ildə Şahbuz rayon Badamlı qəsəbəsində 1-ci sinfə daxil olur və 8 il həmin məktəbdə təhsil alır. 2013-cü ildə Heydər Əliyev adına hərbi liseyə daxil olan o, 2016-cı ildə həmin liseydən məzun olur. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) daxil olur. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanır. 2020-ci ilin may ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra Naxçıvana geri qayıdıraq yenidən orduya yazılır. Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun kəşfiyyatçı kursunu keçərək xüsusi təyinatlı hərbi hissədə kəşfiyyatçı vəzifəsində xidmətə başlayır. Sentyabr ayının 27-də başlanan İkinci Qarabağ müharibəsinə 18 oktyabr tarixindən qatılır. Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edir. 27 oktyabr tarixində döyüşlərin birində şəhid olur.[1] 30 oktyabr 2020-ci ildə Şahbuz rayon Badamlı kənd məzarlığında dəfn olunub.