Sənan Qalasən oğlu Əhmədov (15 fevral 1988; Şamaxı, Azərbaycan — 11 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi.
Sənan Əhmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı, Azərbaycan |
Vəfat tarixi | (32 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Dəfn yeri | Şamaxı Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2006—2007; 2009—2016; 2019—2020 |
Rütbəsi | Gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020 2020 |
Sənan Əhmədov 1988-ci il fevralın 15-də Şamaxı rayonunun Bağırlı kəndində anadan olub.[1] 1994-2005-ci illərdə F.Şıxalıyev adına Bağırlı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. İbrahim və Həmid adında 2 oğlu, Nuray adında isə 1 qızı yadigar qaldı.
Sənan Əhmədov 2006-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2006-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
İkinci Qarabağ müharibəsinə qədər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Sənan Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edib.
Sənan Əhmədov oktyabrın 11-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Əhmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]