Sabir Hikmət oğlu Salahov (15 avqust 1999, Salyan, Azərbaycan — 05 oktyabr 2020;, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Sabir Salahov | |
---|---|
Sabir Hikmət oğlu Salahov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Salyan, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Salyan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | , , , |
Sabir Salahov 1999-cu ildə Salyan şəhərində sadə bir ailədə dünyaya göz açıb. Ailədə 2 qardaş olublar. 2005-ci ildə Salyan şəhər 3 saylı orta məktəbin birinci sinfinə gedib, 2016-cı ildə oranı bitirib. Daha sonra 2017-ci ildə “Neft və energetika” kollecinə daxil olur, lakin, oktyabrın 2-də Vətənə borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanır.[2][3]
Ağcabədidə xidmət edən Sabir 2019-cu ildə aprelin 2-də ordudan tərxis olunur. Hərbi xidmətdən tərxis olunduqdan sonra könüllü ordu sıralarında “MAXE” kimi qulluq etməyə başlayır.[4][5]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Sabir Salahov Füzuli və Hadrutun azad edilməsində savaşıb. Sabir Salahov oktyabr ayının 5-də Sabir Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə, Buqra dərəsi deyilən yerdə şəhid olub. Oktyabrın 6-da Salyan rayon Şəhidlər xiyabanında dəfn olunub.[6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Salahov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Salahov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Salahov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[9]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sabir Salahov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[10]