Vüsal Sərhədxan oğlu Cəfərov (6 mart 1989; Göytəpə, Cəlilabad, Azərbaycan — 22 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]
Vüsal Cəfərov | |
---|---|
Vüsal Sərhədxan oğlu Cəfərov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Göytəpə, Cəlilabad, Azərbaycan |
Vəfat tarixi | (31 yaşında) |
Vəfat yeri | Qubadlı, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Cəlilabad |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Qubadlının azad edilməsi |
Təltifləri | , , , , |
Vüsal Cəfərov 6 mart 1989-cu ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. 2006-cı ildə Göytəpə şəhər 1 saylı məktəbin 11-ci sinfini bitirib. O, 2007-ci ilin aprel ayında həqiqi hərbi xidmətə gedib, Naxçıvan Muxtar respublikasının Ordubad rayonunda əsgəri borcunu yerinə yetirib. 2008-ci ildə hərbi xidməti başa vurduqdan sonra evə qayıdıb.[3]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Vüsal Cəfərov Füzuli, Hadrut, Cəbrayıl və Qubadlının azad edilməsində bir kəşfiyyatçı kimi yüksək peşəkarlıq göstərib. Cəfərov Vüsal oktyabrın 22-də Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Cəlilabadda dəfn edilib.[4]
Vüsal Cəfərov göstərdiyi xidmətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2020-ci il sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edildi.[5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Cəfərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Cəfərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Cəfərov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[9]