Vüsal Salamov(21 sentyabr 1993, Buzovna, Xəzər rayonu, Azərbaycan — 18 oktyabr 2020, Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin könüllü əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Vüsal Salamov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Buzovna, Xəzər rayonu, Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Suqovuşan, Tərtər, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 |
Salamov Vüsal Yəhya oğlu 1993-cü ildə Bakı şəhəri Buzovna qəsəbəsində anadan olub. Orta təhsilini Ə.Əliyev adına 125 №li tam orta məktəbdə alıb. Musiqi duyumu yüksək olduğu üçün eyni zamanda 4 №li Uşaq İncəsənət musiqi məktəbində skripka sinfində təhsil alıb. Həqiqi hərbi xidmətini Murovda manqa komandiri kimi başa vurub. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinə oktyabrın 5-də könüllü olaraq qatılıb. Füzuli və Suqovuşan döyüşlərində iştirak edib. 18 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində şəhid olub. Ölümündən sonra sonra "Vətən uğrunda" medalı və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib[2].