Cavidan İbrahimli
Cavidan İbrahimli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 mart 2000(2000-03-24) |
Doğum yeri | |
Vəfat tarixi | 24 oktyabr 2020(2020-10-24) (20 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2018—2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Qubadlının azad edilməsi |
Təltifləri | 2022 2020 2020 |
Cavidan Nizami oğlu İbrahimli (24 mart 2000, Badamdar – 24 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Cavidan İbrahimli 2000-ci il martın 24-də Badamdar qəsəbəsində anadan olub.[1] 2006–2017-ci illərdə 236 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.
Hərbi xidməti
[redaktə | mənbəni redaktə et]Cavidan İbrahimli 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Cavidan İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavidan İbrahimli oktyabrın 24-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Səbail rayonunun Badamdar qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavidan İbrahimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
İrsi və xatirəsi
[redaktə | mənbəni redaktə et]- 2023-cü ilin mayında Bakının Səbail rayonu Badamdar qəsəbəsində yerləşən "Neftçilər" küçəsinin adı dəyişdirilərək şəhid Cavidan İbrahimlinin adı verilib.[3]
Təltifləri
[redaktə | mənbəni redaktə et]- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[4]
- (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)[5]
- (05.11.2022) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra)[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ "Bakının bu küçələrinə şəhidlərimizin adı verildi". 2023-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-19.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (az.)). 25.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- ↑ "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) ( (az.)). 05.11.2022. 2022-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.11.2022.
- 24 martda doğulanlar
- 2000-ci ildə doğulanlar
- Badamdarda doğulanlar
- 24 oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- 20 yaşında vəfat edənlər
- Cəbrayıl rayonunda vəfat edənlər
- Badamdarda dəfn olunanlar
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlər
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar
- Bakıda doğulanlar