Bəhram Sakit oğlu İbrahimov (5 may 1999; Ərəbbəsrə, Yevlax, Azərbaycan — 7 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Bəhram İbrahimov | |
---|---|
Bəhram Sakit oğlu İbrahimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ərəbbəsrə, Yevlax, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Suqovuşan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Yevlax |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2021 |
Bəhram İbrahimov 5 may 1999-cu ildə Yevlax rayonu Ərəbbəsrə kəndində dünyaya gəlib. Yevlax rayonu, Ərəbbəsrə kənd məktəbdə təhsil alıb.[2][3] 2017–2018-ci illərdə hərbi xidmətdə olmuşdur.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Bəhram İbrahimov Suqovuşan, Goranboy, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 7-də Suqovuşan istiqamətində gərgin döyüşlərin birində şəhadətə ucalıb. Bəhramın nəşi 2021-ci ilin yanvarın 12-də tapılaraq ailəsinə təhvil verilib. Yevlaxda dəfn edilib.[4][5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhram İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəhram İbrahimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[7]