Elçin Yunis oğlu Bağırov (17 iyun 1994, Bakı, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Elçin Bağırov | |
---|---|
Elçin Yunis oğlu Bağırov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Binəqədi rayonu, Bakı, Azərbaycan |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Qubadlı, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Binəqədi |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Qubadlının azad edilməsi |
Təltifləri | 2020, 2020, |
Elçin Bağırov Bakı şəhəri Binəqədi rayonunda anadan olmuşdur. Ailənin yeganə övladı idi. Orta təhsilini 244 saylı tam orta məktəbdə almışdı.[1] 2014-cü ildə Azərbaycan Texniki Universitetinə qəbul olmuş və 2018-ci ildə həmin universitetin “Sənayənin təşkili və idarə olunması” ixtisasını bitirmişdi. Elçin 2018-ci ilin iyul ayında ali təhsilini bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasının “N” saylı hərbi hissənin artilleriya diviziyasında həqiqi hərbi xidmətini yerinə yetirmişdi. 2019-cu ildə hərbi xidmətini bitirmiş və Bakıya qayıtmışdı.[2]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elçin Bağırov Fizuli, Cəbrayıl, Xocavənd, Qubadlının azad edilməsində savaşıb. 21 oktyabr 2020-ci il tarixində Qubadlı istiqamətində şəhid olub. Binəqədidə dəfn olunub[3]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Bağırov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]