Masim Hafiz oğlu Qurbanov ({{DVTY}} şablonu boşdur ) — Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi
Masim Qurbanov | |
---|---|
Masim Hafiz oğlu Qurbanov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ərəb, Masallı rayonu, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Qubadlı, Azərbaycan |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | Masallı |
Dəfn tarixi | 10.01.2021 |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Hafiz Qurbanov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019-2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
ikinci Qarabağ müharibəsi Cəbrayılın azad edilməsi Füzulinin azad edilməsi Zəngilanın azad edilməsi Qubadlının azad edilməsi |
Təltifləri |
Masim Qurbanov 7 yanvar 2001-ci ildə Masallı rayonu Ərəb kəndində anadan olub.[1] 15.09.2008-ci il tarixində Masallı rayonu Ərəb kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 2017-ci il tarixində həmin məktəbi bitirmişdir. Subay idi.
2019-cu ilin yanvar ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurmuşdur.
Azərbaycan Ordusunun əsgəri Masim Hafiz oğlu Qurbanov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Masim Qurbanov 30.10.2020-ci il tarixində Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhidin nəşi 10 yanvar 2021-ci il tarixdə doğulduğu Masallı rayonunun Ərəb kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Masim Hafiz oğlu Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Masim Hafiz oğlu Qurbanov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.[3]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Masim Hafiz oğlu Qurbanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.[4]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Masim Hafiz oğlu Qurbanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.[5]