Mirmöhsüm Mirdaməd oğlu Əhmədov (21 yanvar 2002, Neftçala rayonu – 28 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ Müharibəsi şəhidi.
Mirmöhsüm Əhmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Neftçala rayonu |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Qubadlı rayonu |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Neftçala rayonu |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020202020202020 |
Mirmöhsüm Əhmədov 21 yanvar 2002-ci ildə Neftçala rayonuda anadan olmuşdur. Orta təhsilini Neftçala rayonu Elton Həbibov adına 4 saylı tam orta məktəbdə başa vurmuşdur. Ardınca, Bakı Biznes və Kooperasiya kollecində təhsilini davam etdirmişdir.
Mirmöhsüm 13 iyul 2020-ci ildə həqiqi hərbi xidmətə yollanmış və 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. O, Füzuli, Xocavənd və Qubadlı istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş, öz yaralı döyüş yoldaşını çiyinləri üzərində ərazidən uzaqlaşdıran zaman ermənilər tərəfindən snayper vasitəsilə vurularaq, 28 oktyabrda Qubadlı uğrunda gedən döyüşlərdə qəhərmancasına həlak olmuşdur.
Şəhid Mirmöhsüm Əhmədov doğulub boya-başa çatdığı Neftçala rayonunda torpağa tapşırılmışdır.