Murad Kəlbiyev (tam adı: Murad Məmmədziyad oğlu Kəlbiyev; 11 yanvar 1996; Qusar, Azərbaycan — 6 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi.
Murad Kəlbiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 aprel 1996(1996-04-11) |
Doğum yeri | |
Vəfat tarixi | 6 oktyabr 2020(2020-10-06) (24 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020-ci ildən |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 |
Murad Kəlbiyev 1996-cı il yanvarın 11-də Qusar rayonunun Cibir kəndində anadan olub.[1]
Azərbaycan Ordusunun əsgəri olan Murad Kəlbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Murad Kəlbiyev oktyabrın 6-da şəhid olub. Qusar rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Kəlbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]