Rəşad Rəhman oğlu Mehdiyev (24 aprel 1997, Xırdalan – 20 oktyabr 2020, Ərgünəş, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Rəşad Mehdiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 aprel 1997(1997-04-24) |
Doğum yeri | |
Vəfat tarixi | 20 oktyabr 2020(2020-10-20) (23 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Rəhman Mehdiyev |
Təhsili | ALİ |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2018-2019, 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Rəşad Mehdiyev 24 aprel 1997-ci ildə Xırdalan şəhərində anadan olmuşdur.[1] Atası — Rəhman Mehdiyev Daxili İşlər Nazirliyinin ehtiyatda olan zabiti, Birinci Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup Qarabağ əlilidir. Orta təhsilini Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə və Cəmşid Naxçıvanski adına hərbi liseydə almışdır. Azərbaycan Texniki Universitetinin "Sabah" qruplarında 2014-2018-ci illərdə İT Sistemləri və mühəndisliyi ixtisası üzrə ali təhsil almışdır. Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Bundan sonra , o, vətən borcunu ödəmək üçün hərbi xidmətə yollanmış, 2018-2019-cu illərdə Müdafiə Nazirliyinin N saylı Hərbi hissəsində ön xətdə xidmət etmişdir. 2019-2020-ci illərdə Elektron Hökumətin İnkişafı Mərkəzində proqramçı vəzifəsində çalışmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Rəşad Mehdiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəşad Mehdiyev 20 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Xırmancıq kəndində yerləşən Ərgünəş dağı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mehdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mehdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Xırdalan şəhərində bir küçəyə Şəhid Rəşad Mehdiyevin adı verilmişdir.