Vüsal Saxləddin oğlu Cəfərov (1 mart 1990, Qabaqtəpə, Daşkəsən, Azərbaycan — 1 oktyabr 2020, Kəlbəcər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAHHXHQ kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Vüsal Cəfərov | |
---|---|
Vüsal Saxləddin oğlu Cəfərov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qabaqtəpə, Daşkəsən, Azərbaycan |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Kəlbəcər, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Daşkəsən Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Kiçik çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Kəlbəcər döyüşləri |
Təltifləri | 2020, 2020, 2021 |
Vüsal Cəfərov 1 mart 1990-cı ildə Daşkəsən Rayon Qabaqtəpə kəndində dünyaya gəlib. 2008-2010-cu illərdə hərbi xidmətdə olan Vüsal Cəfərov daha sonra müddətdən artıq xidmət edən əsgər kimi Orduda xidmətə davam etmişdir.[2][3]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Vüsal Cəfərov Kəlbəcər döyüşlərində savaşıb. Vüsal Cəfərov 1 oktyabr 2020-ci ildə Kəlbəcər rayonunda gedən döyüşlərdə şəhid olub. 18 dekabr 2020-ci ildə Daşkəsən Şəhidlər Xiyabanında dəfn edilib.[4][5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Cəfərov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Cəfərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[8]