Vüsal Ariz oğlu Həsənov (3 iyul 1997; Bakı, Azərbaycan — 7 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Vüsal Həsənov | |
---|---|
Vüsal Ariz oğlu Həsənov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2015; 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 20202020 |
Vüsal Həsənov 3 iyul 1997-ci ildə Bakı şəhərində anadan olmuşdur.[1] 4-cü sinifdə təhsil alarkən atasını itirən Vüsal anasının himayəsində böyümüşdür. Səbail rayonu Badamdar qəsəbəsində 239 nömrəli tam orta məktəbdə orta təhsilini almışdır. 2015-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinə qəbul olmuşdur. 2016-cı ilə qədər burada təhsil almışdır.
Liseydə təhsil aldıqdan sonra həqiqi hərbi xidmətə yollanan Vüsal Həsənov 2018-ci ilin oktyabr ayında hərbi xidmətini başa vurmuşdur.
2020-ci ilin iyul-sentyabr aylarında səfərbər olunan Vüsal Həsənov 21 sentyabr tarixində təlim toplantılarına çağırılmışdır. 28 sentyabra qədər Perekeşküldə yerləşən "N" saylı hərbi hissədə hərbi təlim toplantısını başa vurduqdan sonra müharibəyə göndərilmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Vüsal Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vüsal Həsənov 7 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]