Vaqif Vüqar oğlu İsmayılzadə (6 noyabr 1996; Şahsevən, Beyləqan rayonu — 20 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi.
Vaqif İsmayılzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şahsevən, Beyləqan rayonu, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Dəfn yeri | Beyləqan rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2016—2017 / 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri |
Vaqif İsmayılzadə 1996-cı il noyabrın 6-da Beyləqan rayonunun Şahsevən kəndində anadan olub.[1] Əslən Cəbrayıl rayonundan idi.
Vaqif İsmayılzadə 2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində çalışırdı.
Azərbaycan Ordusunun əsgəri olan Vaqif İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vaqif İsmayılzadə oktyabrın 20-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vaqif İsmayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vaqif İsmayılzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vaqif İsmayılzadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Vaqif İsmayılzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]