Ceyhun Məmmədov (əsgər)

Vikipediya saytından
Sevindiknesiboglu2008 (müzakirə | töhfələr) (Səhifə "{{eyni ad-soyadlı|Ceyhun Məmmədov}}{{Hərbi xadim|adı=Ceyhun Məmmədov|həyat yoldaşı=|saytı=|imzası=|təltifləri={{"Vətən uğrunda" medalı|2020}} {{"Füzulinin azad olunmasına görə" medalı|2020}} {{"Xocavəndin azad olunmasına görə" medalı|2020}}|istefada=|əlaqələr=|döyüşlər=Vətən müharibəsi <br> {{*}} Füzuli döyüşləri <br> {{*}} Xocavənd döyüşləri|vəzifəsi=|komandanl..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 09:20, 7 avqust 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Ceyhun Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qaraxanlı, Ağcabədi rayonu, Azərbaycan
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Qarabağ, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2014—2016 / 2018—2020
Rütbəsi Əsgər
Döyüşlər Vətən müharibəsi
 • Füzuli döyüşləri
 • Xocavənd döyüşləri
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020

Ceyhun Qafar oğlu Məmmədov (20 oktyabr 1996; Qaraxanlı, Ağcabədi rayonu, Azərbaycan25 oktyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Həyatı

Ceyhun Məmmədov 20 oktyabr 1996-cı ildə Ağcabədi rayonunun Qaraxanlı kəndində anadan olmuşdur.[1] 2004-2014-cü illərdə Ağcabədi rayon Qaraxanlı kənd tam orta məktəbdə təhsil almışdır.

Hərbi xidməti

Ceyhun Məmmədov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir. Ceyhun Məmmədov 2018-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Beyləqan rayonunda yerləşən minaatan korpusda xidmət etmiş, minaatan kursunu keçmiş və minaatan vəzifəsinə başlamışdır.

Azərbaycan Ordusunun əsgəri olan Ceyhun Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində minaatan olaraq iştirak etmişdir. FüzulininXocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ceyhun Məmmədov 25 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Təltifləri

İstinadlar

  1. "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi) (az.)). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  6. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  7. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.