Emil Şamilov
Emil Şamilov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 iyul 1996(1996-07-03) |
Doğum yeri | |
Vəfat tarixi | 26 oktyabr 2020(2020-10-26) (24 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Ramana şəhidlər xiyabanı |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2015—2016 / 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Emil Rafiq oğlu Şamilov (3 iyul 1996, Bakı – 26 oktyabr 2020, Tuğ, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Həyatı
Emil Rafiq oğlu Şamilov 1996-cı ilin 3 iyul tarixində Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Bakı şəhəri, Sabunçu rayonu 170 saylı orta məktəbdə almış, Bakı şəhəri, 296 saylı orta məktəbdə davam edib, oradan məzun olmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci Neft Mühəndisliyi ixtisasına qəbul olub.
Məktəb vaxtlarından idmanla məşğul olduğundan, növbəti illərdə də idman sahədində uğurlar qazanmışdır. Kolleci bitirdikdən sonra Naxçıvanda N saylı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu (əsgəri) olmuşdur. Xidməti başa vurduqdan sonra yenidən idmana davam edib. Emil Şamilov 12 qat Azərbaycan, Zaqafqaziya və Avropa çempionudur.
2020-ci ilin sentyabr ayında könüllü olaraq hərbi komissarlığa müraciət edib və 16 oktyabrda hərbi hissəyə çağırılmışdır. Xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə təlimlərlə davam edib və sonra döyüşə qatılıb.
2020-ci ilin 26 oktyabrda tarixində Şuşanın azad edilməsi əməliyyatı zamanı Xocavəndin Tuğ kəndində snayper atəşindən şəhid olmuşdur.
Ölümündən sonda Vətən uğrunda, Cəbrayılın azad olunmasına görə, Hərbi xidmətlərə görə, “Füzuinin azad olunmasına görə medalları və Azərbaycan bayrağı ordeni ilə təltif olunmuşdur.
Emil Şamilov Bakı şəhərinin Sabunçu rayonu inzibati rayonu ərazisində yerləşən Ramana qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub.
İstinadlar
- ↑ "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
- 3 iyulda doğulanlar
- 1996-cı ildə doğulanlar
- Bakıda doğulanlar
- 26 oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- 24 yaşında vəfat edənlər
- Tuğda vəfat edənlər
- Bakı Neft-Energetika Kollecinin məzunları
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilənlər
- "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar