Səbuhi Hüseynli
Səbuhi Hüseynli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Maqsudkənd, Xaçmaz rayonu, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Maqsudkənd, Xaçmaz rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Babək Hüseynli |
Anası | Samirə Əhmədxanova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | |
Təltifləri |
Səbuhi Babək oğlu Hüseynli (2 may 1997; Maqsudkənd, Xaçmaz rayonu, Azərbaycan — 15 aprel 2021; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Həyatı[redaktə | mənbəni redaktə et]
Səbuhi Hüseynli 2 may 1997-ci ildə Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olmuşdur. 2003-2009-cu illərdə Xaçmaz rayon Maqsudkənd kənd Ömər Ayatov adına tam orta məktəbdə təhsil almışdır. 2009-2014-cü illərdə Xudat şəhər Texniki Fənnlər təmayüllü məktəbdə təhsilini davam etdirmişdir. Ailəli idi, bir oğlu yadigar qaldı.
Hərbi xidməti[redaktə | mənbəni redaktə et]
Səbuhi Hüseynli 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Ağdam və Tərtər istiqamətində xidmətini davam etmişdir. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində Talış kəndi istiqamətində yaxından vuruşmuş, fərqlənmişdir. Nümunəvi xidmətinə görə bir çox fəxri fərmanlar ilə təltif edilmişdir.
Səbuhi Hüseynli 2020-ci ilin aprelindən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Səbuhi Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səbuhi Hüseynli 26 oktyabr tarixində Xocavənd-Şuşa istiqamətində baş-beyin nahiyəsindən yara almışdır.[1] Anası Samirə Əhmədxanova müsahibəsində bildirmişdir ki, 8 saatlıq əməliyyatdan sonra onun vəziyyəti pisləşib və o, komaya düşüb.[2] Səbuhi Hüseynli koma vəziyyətinin 6-cı ayında, 15 aprel 2021-ci ildə müalicə aldığı xəstəxanada şəhid olmuş[3] və ertəsi gün doğulduğu Xaçmaz rayonunun Maqsudkənd kəndində dəfn olunmuşdur.[4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səbuhi Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səbuhi Hüseynli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səbuhi Hüseynli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səbuhi Hüseynli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Təltifləri[redaktə | mənbəni redaktə et]
- (24.06.2021) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[9]
- (24.06.2021) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)[10]
- (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)[11]
- (24.06.2021) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)[12]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Səbuhi Hüseynli Arxivləşdirilib 2021-05-17 at the Wayback Machine. vetendas.az
- ↑ "Xankəndində yaralanan oğlumun kəllə qapağı çıxarılıb və..." - Qazimizin anası kömək istəyir Arxivləşdirilib 2020-12-25 at the Wayback Machine. konkret.az. 16.12.2020.
- ↑ Altı ay komada olan İkinci Qarabağ müharibəsi qazisi şəhid olub. Azəri Press Agentliyi (APA). 15.04.2021.
- ↑ 6 ay komada qalan 23 yaşlı Səbuhi Hüseynli dəfn olundu Arxivləşdirilib 2021-12-11 at the Wayback Machine. Azəri Press Agentliyi (APA). 16.04.2021.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2021.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- 2 mayda doğulanlar
- 1997-ci ildə doğulanlar
- 23 yaşında vəfat edənlər
- 15 apreldə vəfat edənlər
- 2021-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar